Hindistanda qatar qəzasında ölən 293 nəfərdən 52-nin kimliyi hələ də məlum deyil


İyunun 2-də Hindistanın Orissa əyalətində baş verən və 293 nəfərin həyatını itirdiyi qatar qəzasından bir aydan artıq vaxt keçməsinə baxmayaraq, 52 cəsədin şəxsiyyətinin müəyyənləşdirilməsini gözləyir.


BBC-nin xəbərinə görə, ölkədə ən ölümcül qəzalardan biri kimi qeydə alınan hadisədə həyatını itirən 52 nəfərin cəsədi Bütün Hindistan Tibb Elmləri İnstitutunun (AIIMS) meyitxanasında saxlanılır. Qurbanların yaxınları isə həyəcanla gözləməyə davam edir.

Qəza yerində təmizlik işlərinin başa çatmasına baxmayaraq, bəzi meyitlərin tanınmaz vəziyyətdə olması ailələrin şəxsiyyətini müəyyənləşdirmək prosesini çətinləşdirir.

Qardaşının cəsədini tapmaq ümidi ilə tez-tez xəstəxanaya üz tutan Şiv Çaran yalnız qardaşının paltarını müəyyən edə bildiyini, lakin DNT testinin nəticəsini gözlədiyini bildirib. Çaran qeyd edib ki, səlahiyyətlilər DNT testinin nəticələrinin nə vaxt açıqlanacağını açıqlamayıblar.

Qəzada həyatını itirən Anzarul Haque-nin qaynı Muhammed Kerim də bir ay keçməsinə baxmayaraq, qohumunun cansız bədəni ilə bağlı məlumat ala bilmədiklərini bildirib.

Bu arada, keçən həftə DNT testi ilə şəxsiyyəti müəyyən edilən 29 cəsəd ailələrinə təhvil verilməyə başlanıb. Səlahiyyətlilər, cəsədlərin yanlış ailələrə verilməməsi üçün işin diqqətlə aparıldığını açıqlayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu