Misir təbii qaz üçün 1,8 milyard dollarlıq proqrama başlayıb


Misir Aralıq dənizi və Nil Deltasında təbii qaz kəşfiyyat quyularının qazılması üçün 1,8 milyard dollarlıq proqrama başlayıb.


Bu barədə ölkənin neft naziri Tarek Əl Molla çərşənbə axşamı BƏƏ dövlət xəbər agentliyi WAM-a müsahibəsində bildirib.

Proqram Eni, Chevron, ExxonMobil, Shell və BP ilə əməkdaşlıqda həyata keçirilir.

El Molla Vyanada OPEC seminarı çərçivəsində WAM-a bildirib ki, məqsəd iki il ərzində 35, cari 2023/2024-cü maliyyə ilində 21 və gələn il 14 kəşfiyyat quyusu qazmaqdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu