Tokayev Putinlə Rusiyada baş verənlərlə bağlı danışıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya Federasiyasında baş verən son hadisələr fonunda həmkarı Vladimir Putinlə danışıqlar aparıb.
Zakon.kz xəbər verir ki, Putin Tokayevə ölkədəki vəziyyətlə bağlı məlumat verib. Eyni zamanda Tokayev bildirib ki, baş verən hadisələr Rusiyanın daxili işidir. O, dialoq zamanı qeyd edib ki, konstitusiya quruluşu və qanunun aliliyi ölkədə asayişin qorunmasının əvəzsiz şərtidir. Bu, cəmiyyətin təhlükəsizliyinin və uğurlu inkişafının əsasıdır.