Çin sədrinin ABŞ-a mesajı: "Dünya hər ikimiz üçün kifayət qədər böyükdür"


Çin Prezidenti Si Cinpin Pekinə iki günlük rəsmi səfərə gələn ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündə bəşəriyyətin gələcəyi və taleyi iki böyük dövlətin bir araya gəlməsi yollarının tapmasından asılı olduğunu bəyan edib və "Dünya ikimiz üçün kifayət qədər böyükdür" mesajını verib.

Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Si iki günlük rəsmi səfər üçün ölkədə olan ABŞ dövlət katibini Pekindəki Xalq Yığıncaq Salonunda qəbul edib.

Dünyanın Çin və ABŞ arasında sabit münasibətlərə ehtiyacı olduğunu, heç bir tərəfin digərini öz iradəsinə uyğun formalaşdırmamalı və digərini qanuni inkişaf hüququndan məhrum etməməli olduğunu vurğulayan Si, “Dünya Çin və ABŞ-ın ümumi rifahı və inkişaf üçün kifayət qədər böyükdür”, ifadələrini işlədib.

Si vurğulayıb ki, beynəlxalq ictimaiyyət Çin-ABŞ münasibətlərinin hazırkı vəziyyətindən narahatdır və iki ölkənin sülh və dostluq şəraitində yaşamasını, iki ölkə arasında münaqişə və ya qarşıdurmanın tərəfi olmamasını istəyir.

Böyük güc rəqabətinin zamanın tendensiyasını əks etdirmədiyini və bunun nə ABŞ-ın öz problemlərini, nə də dünyanın üzləşdiyi problemləri həll etməyəcəyini ifadə edən Si, bəşəriyyətin gələcəyi və taleyinin Çin və ABŞ-ın doğru yolu tapmasından asılı olduğunu vuğulayıb.

Çinin ABŞ-a hörmət etdiyini və meydan oxumaq və yerindən oynatmaq istəmədiyini qeyd edən Si, ABŞ-ın da Çinə hörmət etməli və onun qanuni hüquq və maraqlarına zərər verməməli olduğunu qeyd edib.

Çinin bəyanatına görə, Blinken həmçinin prezident Baydenin ABŞ və Çinin münasibətlərini məsuliyyətlə idarə etməli olduğuna inandığını və bunun hər iki ölkənin və dünyanın maraqlarına uyğun olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu