Evdə uzun müddət işləmək qalıcı deformasiyalara səbəb ola bilər


Aparılan araşdırma nəticəsində məlum olub ki, COVID-19 dövründə də çox adi hala çevrilən evdən işləmək uzun müddət davam edərsə, qalıcı deformasiyalara səbəb ola bilər.


Dailymail-in xəbərinə görə, Furniture at Work tədqiqatçıları evdən işləyən insanların 70 ildən sonra necə görünəcəkləri ilə bağlı araşdırma aparıblar.

Tədqiqat qrupu İngiltərədəki ev işçilərinin üçdə birinin evdə xüsusi iş sahəsinin olmadığını aşkar edən Lids Universitetinin araşdırmasından istifadə edərək "Anna" adlandırdıqları virtual personaj yaradıb.

"Biz evdən işləmək üçün uyğun mühitin olmamasının təsirlərini vizuallaşdırmaq üçün elmi araşdırmalardan istifadə etdik və gələcəyin uzaq işçilərinin necə görünə biləcəyini aşkar etmək üçün səhiyyə mütəxəssisləri ilə işlədik" deyə Mebel at Work tədqiqatçıları qeyd ediblər.

“Anna texnoloji cihazlardan daimi istifadə etməsi, uzun müddət ekrana baxması və uyğun olmayan duruş səbəbindən çox güman ki, psixi sağlamlıq problemləri ilə yanaşı, bir çox fiziki pozğunluqlarla da üzləşəcək”, - tədqiqatçılar vurğulayıb.

Araşdırmada “Anna”nın yataqda işləməsi səbəbindən kürəyinin əyriləşəcəyi və çiyinlərinin deformasiyaya uğrayacağı, davamlı ekrana baxmaqdan gözlərinin qızarıb şişəcəyi, uzun saat "mouse"u tutmaqdan əllərinin pəncə şəkili alacağı qeyd edilib.

Bundan əlavə, hərəkətsizliyə görə həddindən artıq kökəlmə potensialı olan "Anna"nın kifayət qədər təmiz hava almadığı üçün immunitet sistemini zəiflədəcəyi, daimi narahatlıq və depressiya içində qalacağı bildirilib.

Səhiyyə mütəxəssisləri evdən işləyənlərə sağlam qalmaq üçün hərəkət etməyi tövsiyə edir

United Medical Education-ın qurucusu Brian Clark, evdən işləyən işçilər bel və boyun ağrılarından qaçmaq üçün bədənlərini uzatmalı və hərəkət etdirmək üçün müntəzəm fasilələr verməlidilər deyib. O, evdən işləyənlərə xüsusi iş yeri yaratmağı tövsiyə edib.

Proactive Healthcare-nin direktoru Sarah Gibson diqqət “20-20-20” qaydasına çəkib.

Gibson, "Hər 20 dəqiqədən bir, 20 saniyə ərzində ekranınızdan uzaqlaşın və diqqətinizi təxminən 6 metr uzaqlıqdakı bir nöqtəyə yönəldin" deyə qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu