Şarl Mişel beştərəfli görüşün yekunlarından danışıb


Avropa Şurasının rəhbəri Şarl Mişel Kişinyovda keçirilən beştərəfli görüşün yekunları barədə danışarkən "Biz hüquq və təhlükəsizlik, sərhədlərin delimitasiyası, sülh sazişi məsələlərini müzakirə etdik" sözlərini qeyd edib.


AFN.az xəbər verir ki, o, may ayında Brüsseldə müzakirə olunan bütün mövzulara toxunmaq imkanlarının olduğunu bildirib: "Bu görüş iyulun 21-də Brüsseldə keçiriləcək növbəti görüş üçün çox yaxşı hazırlıq idi. Bu o deməkdir ki, biz səylər göstəririk və münasibətlərin normallaşmasına yönəlmiş bütün səyləri dəstəkləmək niyyətindəyik".

Şarl Mişel prezident İlham Əliyevi və baş nazir Nikol Paşinyanı, kansler Şolsu və prezident Makronu Avropa Siyasi Birliyinin İspaniyada keçiriləcək növbəti sammitinə yenidən dəvət etmək niyyətində olduğunu da vurğulayıb. O, münasibətlərin normallaşması istiqamətində mümkün irəliləyişi təmin etmək üçün Avropa İttifaqından tələb olunan hər şeyi edəcəyini qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu