Ərdoğan Almaniyanı mətbuat azadlığını pozmaqda ittiham etdi


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə türk jurnalistlərin Almaniyada həbsini pisləyib və bunu "mətbuat azadlığının pozulması" adlandırıb.


Türkiyənin “A Haber” telekanalının canlı yayımladığı müsahibədə Ərdoğan Almaniya təhlükəsizlik qüvvələrinin axtarışda olan bir FETÖ üzvünün şikayəti əsasında türk jurnalistləri həbs etməsini qəbuledilməz hesab etdiklərini bildirib və baş verənlərin mətbuat azadlığının pozulması olduğunu vurğulayıb: "Türkiyəni mətbuat azadlığı ilə bağlı tənqid edənlərin aqibəti utancvericidir. Mənim ölkəmdə heç bir jurnalistə işinə görə qadağa qoyulmayıb. Onların məhbus adlandırdıqları jurnalistlərin çoxu silah qaçaqmalçılığı və ya marixuana və ya heroin saxlama ittihamı ilə həbsdədir”, - Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyənin “Sabah” qəzetinin aparıcı jurnalistləri İsmayıl Erel və Cəmil Albay mayın 17-də səhər saatlarında Almaniyanın Frankfurt şəhərində onlarla polis əməkdaşının evlərinə basqın etdikdən sonra həbs edilib. Onların telefonları, noutbukları və elektron yaddaş qurğuları da polis tərəfindən ələ keçirilib.

Həbs olunduqdan bir neçə saat sonra onlar sərbəst buraxılıblar.

Onların həbsi Güllen tərəfdarları haqqında hesabat yazdıqdan sonra baş verib.

Ərdoğanın çıxışından bir az əvvəl Almaniya Türkiyənin Berlindəki səfirini XİN-ə çağırıb və Frankfurtda iki jurnalistin həbsi ilə bağlı Ankaranın mətbuat azadlığı ilə bağlı şikayətlərini rədd edib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu