Ağ Ev dron insidentilə bağlı ictimaiyyətə açıqlanmayan hər hansı əlaqənin olmadığını bildirib


ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Moskvada pilotsuz uçan aparat insidentilə bağlı ABŞ və Rusiya arasında hər hansı şəxsi təmaslardan xəbərsiz olduğunu bildirib.


Kirbi brifinqdə qeyd edib ki, iddia edilən dron hücumu ilə bağlı bizimlə Rusiya hakimiyyəti arasında hər hansı şəxsi söhbətdən xəbərsizdir.

O, Vaşinqtonun mövqeyini bir daha təkrarlayaraq qeyd edib ki, ABŞ-ın bu insidentdə heç bir rolu yoxdur. O, bu mövqeyi özəl şəkildə çatdırmaq üçün əlaqə lazım olub-olmadığını bilmədiyini bildirib. Eyni zamanda o, əlavə edib ki, ABŞ bu hadisə ilə bağlı daha çox məlumat əldə etməyə çalışacaq.

Öz növbəsində, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, “belə hərəkətlər və terror aktları ilə bağlı qərar Kiyevdə deyil, Vaşinqtonda verilir” və “şübhəsiz” dron hücumunun arxasında Vaşinqton dayanır.

Bir gün əvvəl Kremlin mətbuat xidməti bəyan edib ki, mayın 3-nə keçən gecə “Kiyev rejimi Rusiya Federasiyası prezidentinin Kreml iqamətgahına pilotsuz uçuş aparatları ilə zərbə endirməyə cəhd edib”. Kreml bu hərəkətləri “planlaşdırılmış terror aktı və Rusiya Federasiyası Prezidentinin həyatına qəsd kimi qiymətləndirib” və bəyan edib ki, onlar “harada və uyğun gördükləri vaxt cavab tədbirləri görmək” hüququnu özündə saxlayırlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu