Əməkdar artist Bakı meriyasını məhkəməyə verdi


Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verilib.


“Qaynarinfo” xəbər verir ki, iddiaçı Tahir Qorxmaz oğlu İmanovdur.

İş Bakı İnzibati Məhkəməsindədir. Artıq iş üzrə hakim təyin edilib. Tahir İmanovun iddiasına hakim Nəriman Abıyevin sədrliyi ilə baxılacaq. İşin mahiyyəti torpaq münasibətləri üzrə mübahisələrdən ibarətdir.

Tahir İmanov “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri, Əməkdar artistdir.
Məlumatı dəqiqləşdirmək üçün Əməkdar artistlə əlaqə saxlanılıb. Tahir İmanov bu barədə danışmaq istəmədiyini bildirib:

“Mənə sənətimlə bağlı suallar verin”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu