Stiven Siqalın oğlu Rusiya vətəndaşı oldu


Məşhur amerikalı aktyor və rejissor Stiven Siqalın oğlu Rusiya vətəndaşı olub.


AFN.az xəbər verir ki, bu barədə "Arqumenti i faktı" Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrinin (EGRLE) məlumatlarına istinadən yayıb.

Qeyd olunur ki, 33 yaşlı Dominik Seqalın Rusiya vətəndaşlığının olması əvvəllər məlum deyildi. Stiven Siqal Rusiya vətəndaşıdır. 2018-ci ildən Rusiya Xarici İşlər Nazirliyinin Rusiya-Amerika humanitar əlaqələri üzrə xüsusi nümayəndəsidir. Amerika və Rusiyadan başqa, Seqalın Serbiya vətəndaşlığı da var.

Aktyorun oğlu rusiyalı model İrene Danilova ilə görüşməyə başlayıb. Mətbuatda yayılan məlumata görə, cütlük Moskvada restoranlardan birində görüşdə görüntülənib. Nə Dominik, nə də İrene münasibətləri haqqında məlumatı şərh etməyiblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu