Ölkəyə ət idxalı artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycana 7 322 ton ət idxal edilib.
AFN.az Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə bu istiqamətdə artım var. Belə ki, ötən ilin yanvar-fevral aylarında Azərbaycana 7 185 ton ət idxal edilib. Nəticədə 137 ton artım qeydə alınıb.
Xatırladaq ki, son aylarda ölkədə ətin bahalaşması da diqqət çəkib.