ABŞ Azərbaycana daha 5 minaaxtaran it verib
ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı “Marshall Legacy Institute” daha 5 minaaxtaran iti Azərbaycana göndərib.
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi feysbukda paylaşım edib.
"Burada həyat xilasetmə işlərinə başlayacaq olan Tina, Deks, Ayron, Klara və Brunonu salamlayırıq!", - paylaşımda qeyd olunub.
Bundan əvvəl də ABŞ Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) ilə ANAMA arasında imzalanmış Anlaşma Memorandumuna əsasən daha 5 baş Malinua cinsli minaaxtaran it (MAİ) Agentliyə təhvil verilib.