Güllələnən tələbə ilə bağlı ATU-dan AÇIQLAMA
"Təəssüf hissi ilə bildirirəm ki, bu gün Bakı Dövlət Sirki yaxınlığında baş verən hadisədə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin IV kurs tələbəsi Fəqan Rəhimli yaralanıb".
Bunu ATU-nun mətbuat katibi Günel Aslanova deyib.
"Adıçəkilən tələbə saat 8:30 və 10:30 dərslərində iştirak edib, cədvəl üzrə 12:00-da dərsləri bitdikdən sonra universitetdən çıxıb.
ATU rəhbərliyi adından tələbəmizə Allahdan şəfa diləyirik!", - o qeyd edib.