Avropa Komissiyası da Çini Rusiyaya silah tədarük etməməyə çağırdı


Avropa Komissiyası ümid edir ki, Çin Rusiyaya silah tədarük etməyəcək.


AFN.az xəbər verir ki, bu haqda qurumun xarici xidmətinin rəsmi nümayəndəsi Nəbil Məsrəli keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Avropa diplomatiyasının rəhbəri Cozef Borell Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) xarici əlaqələr komissiyasının ofisinin rəhbəri, Siyasi Büro üzvü Vanq Yiyə mesajı açıq şəkildə çatdırıb. Pekin Moskvaya silah satmamalı və ya təmin etməməlidir.

“Çin Rusiyaya qarşı müsbət rol oynamalı və doğru olmadığını düşündüyümüz tərəfi tutmamalıdır”, - Massrali bildirib. O, qeyd edib ki, öz növbəsində Vanq Yi ÇXR-in öz siyasətinə sadiq qalacağını və tərəflərin heç birinə silah verməyəcəyini təsdiqləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu