Kiyev vilayətində naməlum uçan obyekt göründü
Bu gün səhər saatlarında Ukraynanın Kiyev vilayətinin səmasında naməlum obyekt görünüb.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə vilayət administrasiyasının “Telegram” kanalında yazılıb.
Yerli hakimiyyət orqanı tərəfindən bildirilib ki, hava hücumundan müdafiə (HHM) sistemlərinin işə düşməsinin səbəbi də bununla bağlıdır.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Kiyev şəhəri və eyniadlı regionda hava həyəcanı siqnalı çalışır.