Qax sakini ona hücum edən canavarı boğaraq öldürüb


Bu gün axşam saatlarında Qax rayonunun Ləkit kəndində canavar kənd sakinləri, 74 yaşlı Qəhrəman Rəhimov və 60 yaşlı Hacı Hacıyevə hücum edərək onlara xəsarət yetirib.


"Report"un Şimal-qərb bürosunun məlumatına görə, canavarın hücumu zamanı xəsarət alan Hacı Hacıyev canavarı boğaraq öldürə bilib.

Xəsarət alan hər iki şəxs Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu