Bolqarıstanda 18 cəsəd olan yük maşını tapılıb

AFN.az BBC-yə istinadən xəbər verir ki, avtomobildə yükün altında gizlənən 40 nəfər də aşkarlanıb. Onların hamısının ölmə ehtimalı olub. 14 nəfər xəstəxanaya yerləşdirilib.
Miqrantları daşıyan şəxslərin kimliyi ilə bağlı araşdırma başladılıb. Məlumatda o da bildirilir ki, yük maşınını idarə edən sürücü qaçıb.