Stoltenberq: “NATO ölkələri ilə Rusiya arasında qarşıdurma uzunmüddətli ola bilər”


“NATO ölkələri ilə Rusiya arasında qarşıdurma uzanmüddətli ola bilər və bu səbəbdən alyans hadisələrin bu istiqamətdə cərəyan etməsinə hazır olmalıdır”.


"AFN.az" xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq “Agence France-Presse” agentliyinə açıqlamasında bildirib.

Y.Stoltenberq qeyd edib ki, alyansa üzv olan 30 dövlət Ukraynanı dəstəkləməyə sadiqdir və onu silah-sursatla təmin etməyə hazırdır.

O hesab edir ki, Rusiyanın qələbəsi ukraynalılar üçün faciə olacaq, həm də digər ölkələr üçün təhlükə yaradacaq və beynəlxalq mübahisələrin güc yolu ilə həll oluna biləcəyini nümayiş etdirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu