ABŞ Baltikyanı ölkələrə qarşı təhdidlərin qarşısını almaq niyyətindədir


“Vaşinqton administrasiyası Baltikyanı ölkələrə qarşı təhdidlərin qarşısını almaqda qərarlıdır və bu dövlətlərin azadlığını, suverenliyini təmin etməyə sadiqdir”.


"Report" TASS-a istinadən xəbər verir ki, bunu Estoniyanın paytaxtı Tallində keçirilən mətbuat konfransında ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.

“Biz ümumi təhlükəsizliyimizə hər hansı təhdidin qarşısını almaq və ondan qorunmaq əzmindəyik və bununla bağlı sizinlə həmrəyik”, - o deyib.

Onun sözlərinə görə, ABŞ Silahlı Qüvvələri Baltikyanı ölkələrdə dayanıqlı rotasiya iştirakını qoruyacaq.

ABŞ-ın müdafiə naziri vurğulayıb ki, NATO alyansın şərq hissəsində müdafiə imkanlarını gücləndirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu