Peskov: Avropanın Rusiya ilə münaqişədə iştirakı artır


Kreml Britaniya təyyarələrinin Ukraynaya mümkün tədarükü ilə bağlı söhbətləri Qərbin münaqişədə artan iştirakı kimi qəbul edir.


AFN.az-ın NTV-yə istinadən xəbərinə görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Ukraynaya Britaniya qırıcılarının tədarükü ilə bağlı müzakirələr Qərbin Moskva və Kiyev arasındakı münaqişədə artan iştirakına dəlalət edir: “Biz bunu Böyük Britaniya, Almaniya, Fransanın Rusiya və Ukrayna arasındakı münaqişədə artan iştirakı kimi qəbul edirik. Dolayı və birbaşa iştirak arasındakı xətt tədricən yox olur. Bununla bağlı yalnız təəssüf hissini ifadə etmək olar. Və qeyd etmək lazımdır ki, adıçəkilən ölkələrin bu cür hərəkətləri münaqişə ətrafında gərginliyin artmasına, münaqişənin uzanmasına, proseslərin Ukrayna üçün daha ağrılı olmasına gətirib çıxarır”.

Peskov həmçinin qeyd edib ki, bunlar münaqişənin nəticəsini və Rusiyanın izlədiyi trayektoriyanı əsaslı şəkildə dəyişməyəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu