Qafan merindən sərsəm AÇIQLAMA: “Hansısa dəhliz verilsə, ..."
Ötən ilin sentyabr ayının 13-14-dən sonra Sünikdə vaxtaşırı mövqelərarası atışmalar baş verir, vəziyyət hələ də gərgin və ciddi olra qalır.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Qafan icmasının rəhbəri Suren Parsyan yerli jurnalistlərə deyib.
O, Ermənistan hökumətinin “sülh müqaviləsi” çərçivəsində dəhliz vermək qərarına gəlməsi halında, Qafan və Sünik sakinlərinin reaksiyası necə olacağı ilə bağlı sualı da cavablandırıb.
Parsyanın sözlərinə görə, əgər Qafan şəhərindən hər hansı dəhliz və ya yol ayrılsa, o, heç kimin təhlükəsizliyinə təminat verə bilməyəcək.
“Mən bu məsələyə münasibət bildirməyəcəyəm, çünki ümumiyyətlə, bu məsələ ilə bağlı nəyin müzakirə edildiyini bilmirəm. Bircə onu deyə bilərəm ki, Qafan şəhərindən keçməklə dəhliz, yol ayrılıbsa, mən heç kimin təhlükəsizliyinə zəmanət vermirəm. Mənim deyə biləcəyim tək şey budur”, - deyə Parsyan bildirib.