Qayınana və gəlin dəm qazından zəhərləndi

Zaqatalada qayınana və gəlin dəm qazından zəhərlənib.
AFN.az-ın məlumatına görə, hadisə rayonunun Yuxarı Tala kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri - 1960-cı il təvəllüdlü Şahizər Mamulaşvili və gəlini, 1988-ci il təvəllüdlü Xəyalə Mamulaşvili yaşadıqları evdə qaz sobasından dəm qazının sızması nəticəsində zəhərləniblər.
Onlar xəstəxanaya yerləşdiriliblər və hazırda müalicələri davam etdirilir.