Şagirdləri daşıyan avtobus aşdı- ÖLƏN VƏ YARALANANLAR VAR


Türkiyənin Qars şəhərində şagirdləri daşıyan avtobus aşıb.

Hadisə Arpaçay rayonunun Karaurqan kəndində baş verib.

Nəticədə 13 yaşlı Gökhan Polat həyatını itirib, 14 şagird yaralanıb.

Əraziyə səhiyyə və polis qrupları cəlb ediliblər.

Yaralılar təcili yardım maşınları ilə Arpaçay Dövlət Xəstəxanası və Qarsdakı xəstəxanalara aparılıblar.

Avtobus sürücüsü saxlanılıb.

Mənbə: Anadolu



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu