8 ildir komada olan Kənan İşıqdan şad xəbər
İdman zalında yıxılaraq başından zədə alan, bu səbəbdən də 8 ildir komada olan tanınmış türk aktyor Kənan İşıqla bağlı yeni xəbər var.
AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, həyat yoldaşı Beril İşıq illər sonra İşıqla bağlı şad xəbəri verib. "Kim milyoner olmaq istər", "Dadı" kimi serial və verilişlərlə yaddaşlara həkk olunan ustad aktyor Kənan İşıq 2014-cü ildə getdiyi idman zalında ayağı sürüşərək yerə yıxılıb və komaya düşüb. 8 ilə yaxındır müalicə alan Kənan İşığın hər şeyi eşitdiyini, lakin reaksiya verə bilmədiyini qeyd edən Beril İşıq "Güclü fizioterapiya və məşğuliyyət müalicəsi alır. Baxışları ilə ətrafını izləyə bilir" - deyə açıqlama verib. Onun sözlərinə görə, əvvəllər tam hərəkətsiz olan aktyor, indi araba ilə özünü idarə edə bilir: "Bütün günü arabasında oturur, özünü dik tuta bilir, gözlərilə bir şeylər anlada bilir. Halbuki əvvəllər bunları edə bilmirdi".