Rusiyalı deputat müəmmalı şəkildə öldü- FOTO


Rusiyalı deputat Pavel Antov Hindistanda tətildə olarkən dünyasını dəyişib.


AFN.az xəbər verir ki, deputatın ölümü barədə əvvəlcə yerli NDTV kanalı məlumat yayıb. Daha sonra “Vahid Rusiya” fraksiyasının rəhbəri Vyaçeslav Kartuxin məlumatı təsdiqləyib.

Məlumata görə, Pavel Antov Odişa ştatının Rayaqada rayonundakı mehmanxananın üçüncü mərtəbəsindən yıxılaraq həyatını itirib. İki gün əvvəl həmin mehmanxanada daha bir faciəvi hadisə yaşanmışdı. Səfərdə deputatın yol yoldaşı olan şəxs eyni oteldə ölü tapılmışdı. Jurnalistlər bu şəxsin adını açıqlamırlar.

Deputatın 65 yaşı var idi. O, həm də xeyriyyəçi və ictimai xadim idi. Antov 2000-ci ildə “Vladimirskiy Standart” şirkətini təsis etmişdi. Müəssisə regionun ən uğurlu ət və kolbasa məhsulları istehsalçılarından idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu