Doğma çay “Azerçay”la “Soyuq əllər, isti ürəklər”
Doğma çay “Azerçay” ənənəvi “Soyuq əllər, isti ürəklər” yarmarkasında iştirak edir. “Nərgiz” fondunun təşkilatçılığı ilə həyata keçirilən layihədə ziyarətçilərin böyük marağını cəlb edən çay markası 26-cı evdə fəaliyyət göstərir.
“Azerçay”, soyuq qış günlərində yarmarka iştirakçılarını, təmənnasız olaraq, isti çaya qonaq edir. Bayram əhval ruhiyyəsinə rəng qatan doğma çay “Azerçay” yarmarka keçirldiyi müddətdə müxtəlif çeşidləri ilə yerli və xarici qonaqları sevindirəcək.
Qeyd edək ki, ölkəmizin ilk milli markası olan “Azerçay” dünyanın 40-dan artıq ölkəsinə ixrac edilir və “Made in Azerbaijan” yazısını üzərində daşıyaraq ölkəmizi şərəflə təmsil edir. Doğma çay hər kəsi bu soyuq qış günlərində evlərində də bir armudu stəkan “Azerçay” süzməyə dəvət edir.
Video link: