Türkiyəli məşhur idman jurnalisti vəfat edib


Türkiyəli məşhur jurnalist Hıncal Uluç 83 yaşında vəfat edib.



AFN xəbər verir ki, Uluç reanimasiyaya yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

İki böyrəyini də itirən media nümayəndəsi bir müddət əvvəl qan zəhərlənməsinə görə müalicə olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Hıncal Uluçun vəfatı ilə bağlı başsağlığı verib.

Jurnalistlik fəaliyyətinə 17 yaşında başlayan Uluç 1990-cı ildən “Sabah” qəzetində köşə yazıları yazır.

Qeyd edək ki, Hıncal Uluç "A Spor" telekanalında şərhçi olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu