Bakıda ana 4 uşağını evdə qoyaraq qaçıb - narkotacir olduğu iddia edilən qadın axtarılır - VIDEO


Narkotik maddə aludəçisi olduğu iddia edilən qadın -"Matı" ləqəbli Məsuma Sultanova 4 körpəsini evdə qoyaraq qaçıb.


Sakinlər iddia edirlər ki, Məsumə Sultanovanın mənzilinə narkotik almağa gəlirlər.

Məsumə Sultanovanın qonşuları bununla bağlı dəfələrlə polisə müraciət də ediblər.

Qeyd edək ki, Məsumə Sultanovanın böyük övladının 10 yaşı var, ən kiçiyi 10 ayllıqdır. On ildir birlikdə yaşadığı şəxs deyir ki, dəfələrlə övladlarının anası olan Məsuməni bu yoldan çəkindirmək istəyib, amma alınmayıb. Üzünün göstərilməsindən imtina edən Elnur usaqlara tək baxdığını deyir.

Elnur deyir ki, dəfələrlə ona polisə könüllü təslim ol desə də, Məsumə nə əməlindən əl çəkib, nə də düz yola gəlib.

Daxili İşlər Nazirliyindən “Xəzər Xəbər”in sorğusuna cavab olaraq bildirildi ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Vidadi küçəsində qeydiyyatda olan 33 yaşlı Məsumə Sultanova bu ilin oktyabrında Binəqədi polisi tərəfindən saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman bir ədəd kağıza bükülmüş halda xalis çəkisi 1.349 qram narkotik vasitə hesab edilən "metamfetamin" aşkar edilək götürülüb.

Onun barəsində cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu