Bakıda evin qarşısına qumbara və qərənfil buketi qoyulub


Bakı sakini hədələnməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.


Noyabrın 13-də polisə müraciət edən Nəsimi rayon sakini, 1984-cü il təvəllüdlü Nəriman Səfərov (ad və soyadlar şərtidir) yaşadığı mənzilin qarşısına qumbara və qərənfillərdən ibarət gül buketinin qoyulduğunu bildirib.

O qeyd edib ki, həmin gün Hüseyn adlı şəxs yaşadığı Alı Mustafayev küçəsindəki mənzilə gəlib. Həmin şəxs bildirib ki, onun keçmiş qayınatası, Masallı sakini Teyyub Babayevə 30 min dollar borcu var. O, pulların ona verilməsini tələb edərək qarşı tərəfi hədələyib.

Müraciətlə bağlı ilkin araşdırmalar və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu