Milyon dollarlıq əsərini yandırıb kül etdi - FOTO


Britaniyanın ən zəngin rəssamı Damien Hirst milyon dollar dəyərində olan sənət əsərlərini yandırıb.



AFN xarici mediaya istinadla xəbər verir ki, məşhur rəssam milyonlarla dollar dəyərində sənət əsərini öz əlləri ilə yandırıb.

Yeni çıxardığı kolleksiyasını həm NFT, həm də fiziki satış üçün təqdim etdiyini deyən Hirst, əsərlərin NFT versiyalarını alanlara, əsərlərin orijinal versiyasını yandıracağını söylədi.

57 yaşlı rəssam Londondakı "Newport Street Gallery"də əlcək və kombinzon geyinərək əsərlərini yandırıb. Bu anları sosial media hesabında canlı yayımlayan sənətçi oktyabrın sonuna kimi daha minlərlə əsərini külə döndərəcəyini bildirib. Əsərlərini milyonlarla izləyicinin gözü qarşısında yandıran sənətçi "Gözlədiyimdən də yaxşı hissdir" deyə bildirib.

Xatırladaq ki, Hirst “rəngli nöqtələrdən” ibarət sənət əsərləri ilə tanınır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu