Lavrovdan Mirzoyana “ev tapşırığı” - Politoloq


Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya işgüzar səfər edib. Nazir bu gün Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Tərəflər görüş zamanı regional təhlükəsizlik və sabitlik, eyni zamanda Qarabağ məsələsini müzakirə edəcəklər.



Qeyd edək ki, Mirzoyanın Moskvaya bu səfəri Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Brüsseldə təşkil edilən görüşdən dərhal sonra baş verir.

Brüssel görüşündə tərəflər anlaşdıqları məsələlər ətrafında fəaliyyətin artırılması barədə razılıq əldə ediblər. Moskva da bu fonda təşəbbüsü əldən verməmək üçün aktivləşməyə məhkumdur.

Lavrov-Mirzoyan görüşünü Qaynarinfo-ya açıqlamasında şərh edən politoloq Tural İsmayılov bildirib ki, Mirzoyan Moskvaya danlanmaq üçün çağırılıb:

"Ermənistan xarici işlər nazirinin Moskva səfəri Brüssel görüşündən çox qısa müddət keçəndən sonra baş verir. Moskva hər zaman həm Brüssel görüşlərindən sonra prosesə nəzarət etmək, həm də İrəvana qulaqburması vermək üçün Ermənistan iqtidarında təmsil olunanları Rusiyaya dəvət edərək, onları danlayır. Mirzoyanın Moskvaya dəvət olunmasını da anoloji aspektdən dəyərləndirmək lazımdır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu