"Grand" mehmanxanasının fəaliyyəti məhdudlaşdırıldı - VİDEO
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli obyektin fəaliyyətini məhdudlaşdırıb.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, yanğın təhlükəsizliyi qaydalarını pozduğu üçün Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən "Grand" mehmanxanasının fəaliyyəti məhdudlaşdırılıb.