Prezident tapşırıq verib, Azərbaycan Türkiyəyə amfibiya təyyarəsi göndərir
Türkiyənin Muğla bölgəsində hazırda meşə yanğınları davam edir. Yanğınların söndürlməsində iştirak etmək üçün birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarəsi 10 nəfərlik heyətlə Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşür.
"Report"un xəbərinə görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlama verən FHN-in Aviasiya dəstəsinin rəisi, general-mayor Əşrəf Qasımov bildirib ki, təyyarə ötən il də Türkiyədə baş verən yanğının söndürülməsinə iştirak edib:
"Bu, yanğınların söndürülməsində ən effektiv təyyarədir. Təyyarə suyun üzərində durmadan 18-20 saniyəyə 12 ton su götürmə həcminə malikdir. Suyu götürərək yanğın bölgəsinə yol düşür. Təyyarə tu gündən etibarən qardaş ölkə Türkiyədə yanğınların söndürülməsində iştirak edəcək".