Xızı rayon icra başçısı şəhid ailələrini qəbul otağından qovdu - VİDEO


Azərbaycanda şəhid ailələrinə, Qarabağ qazilərinə hətta xüsusi kateqoriyaya aid olan şəxslərə ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğı əvəzolunmazdır. Bu gün hər bir azərbaycanlı ölkə rəhbərinin yuxarıda sadaladıqlarımız ailələrə göstərdiyi diqqətdən ağız dolusu danışır. Danılmaz bir faktdır ki, şəhid ailələrinə və qazilərimizə ölkənin müxtəlif rayonlarında yeni-yeni yaşayış binaları tikilib həmin şəxslərin istifadəsinə verilir.


Ölkə rəhbəri hər dəfə çıxışlarında icra başçılarına, nazirlərə xüsusəndə məmur kateqoriyasına aid olan şəxslərə ciddi tapşırıqlar verərək, hər birini xalqın xidmətçisi olduğunu xüsusilə vurğulayır. Lakin bəzi icra başçıları Prezidentin bu çıxışlarını təkzib edərək, şəhid ailələrinə, qazilərə həmçinin rəhbərlik etdiyi rayon sakinlərinə laqeyd münasibət bəsləyərək, hətta kobud şəkildə cavab verərək, ölkə başçısının xəbərdarlıqlarını qulaqardına vurur.

Belə ki, bir neçə gün bundan öncə Xızı rayonunda yaşayan 10-a yaxın şəhid ailəsi, icra başçısı Xəzər Aslanovun qəbuluna getmiş və problemlərini dilə gətirmişdir. Görüş zamanı icra başçısı məmur geyiminə xas olmayan şəkildə görüş zalına daxil olmuş, şəhid ailələrinə sərt şəkildə qışqıraraq hörmətsizlik etmişdir. Daha sonra isə heç bir şəhid ailəsinin problemini dinləməmiş və görüş zalını kobud şəkildə tərk etmişdir.

Xatırladaq ki dəfələrlə Prezident İlham Əliyev öz çıxışlarında qeyd etmişdir ki, məmurlar vətəndaşları qəbul edərkən rəsmi geyimlərdə olsunlar.

Daha ətraflı videoda baxa bilərsiz:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu