Kiyevdə kütləvi məzarlıqda 15 yaşlı qızın cəsədi çıxdı - FOTO
Ukraynanın Kiyev vilayətinin Borodyanka kəndində doqquz dinc sakinin meyitinin olduğu iki kütləvi məzarlıq aşkar edilib.
Bu barədə yerli polis məlumat yayıb.
Bir məzarda 35 yaşlarında olan iki kişi, onların yanında isə 15 yaşlı bir yeniyetmə qızın meyiti olub.
İkinci məzarda dörd kişi və iki qadının meyiti aşkar edilib. Onlardan dördünün şəxsiyyəti müəyyən edilib - onlar yerli sakinlərdir, ölən iki nəfərin adı hələ dəqiqləşdirilməyib.
Bütün cəsədlər əlavə müayinələr üçün Kiyev vilayətinin morqlarına aparılıb. Daha sonra onlar qohumlarına təhvil veriləcək.
Mənbə: 24 Kanal