Sumqayıtda qəzada yaralanan qadın xəstəxanada ölüb
Sumqayıtda qəzada yaralanan qadın xəstəxanada ölüb.
Bu barədə Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, qəza nəticəsində Sumqayıt Təcili Tibbi Yardım Stansiyasına verilən məlumata görə, müxtəlif dərəcəli bədən xəsarətləri alan 16 nəfərdən 9 nəfər stasionar müalicəyə cəlb olunub, onlardan ağır vəziyyətdə olan 3 nəfər reanimasiya şöbəsinə yerləşdirilib. 7 nəfərə isə ambulator xidmət göstərilib: "Martın 16-da səhər saatlarında aparılan müalicə tədbirlərinə baxmayaraq "Hyundai Santa Fe" markalı minik avtomobilinin sərnişini, Qobustan rayonu, Şıxzərli kəndində qeydiyyatda olan 1965-ci il təvəllüdlü Hümbətova Tamella Tərxan qızı vəfat edib".