İtaliyalı baş məşqçi futbolçulara görə Ukraynanı tərk etmir


"Şaxtyor" (Donetsk) klubunun baş məşqçisi Roberto De Zerbi Ukraynanı tərk etmək istəməyib.


"Report" "Football Italia" nəşrinə istinadən xəbər verir ki, 43 yaşlı italiyalı mütəxəssis bütün əcnəbi futbolçular evakuasiya edilənədək ölkədən ayrılmamaq qərarına gəlib.

Əksəriyyəti braziliyalı olan legionerlərin çoxu artıq Ukraynadan təxliyə olunub. Bununla belə, bir neçə italyan oyunçunun hazırda paytaxt Kiyevdə olduğu bildirilib. De Zerbinin ölkəni tərk etmək imkanı olsa da, baş məşqçi futbolçulara görə bundan imtina edib.

Qeyd edək ki, Ukrayna Premyer Liqası fevralın 24-də dayandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu