Bayden Rusiyanın Ukraynaya hücum edə biləcəyi tarixi açıqladı
ABŞ Prezidenti Co Bayden müttəfiq ölkələrin liderləri ilə videokonfrans formatında keçirdiyi görüş zamanı bildirib ki, Rusiya fevralın 16-da Ukraynaya hücum edə bilər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Politico” qəzeti yayıb.
Qəzet yazır ki, Vaşinqton Rusiyanın Ukraynaya hücumunun raket zərbəsi və kiberhücumdan ibarət ola biləcəyini hesab edir.
Sözügedən görüşdə Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Polşa, Rumıniya, Fransa liderləri, həmçinin NATO-nun Baş katibi və Avropa Komissiyasının rəhbəri iştirak edib.