İkiqat dünya çempionumuz dünya reytinqində 3-cüdür
Dünya Taekvondo Federasiyası yeni reytinqini açıqlayıb.
AFN.az Fanat.az-a istinadən xəbər verir ki, Azərbaycan milli komandasının üzvlərinin mövqeyində dəyişiklik olmayıb. Yığmanın liderlərindən ikiqat dünya çempionu Milad Beigi Harçeqani (80 kq) əvvəlki kimi 3-cü, Olimpiya çempionu Radik İsayev (+87 kq) isə 15-ci yerdə qərarlaşıb.
Qadınlardan ibarət yığmanın lideri Fəridə Əzizova (67 kq) isə 14-cü yerdədir.