Bəraət alandan 3 gün sonra öldü


Qardaşını öldürməkdə təqsirləndirilən və ötən ay bəraət alaraq azadlığa buraxılan Elçin Camalov vəfat edib.


AFN.az Kriminalqafqaz-a istinadən xəbər verir ki, o azadlığa buraxıldıqdan 3 gün sonra səhhətində yaranan problemlər səbəbindən ölüb.

Qeyd edək ki, məhkəmənin qənaətinə əsasən, qardaşı Etibar Camalov onu bıçaqladıqdan sonra Elçin özünü qorumaq məqsədilə onu bıçaqla vurub.

Məhkəmə onun əməlində cinayət tərkibi olmadığını və zəruri müdafiə həddini aşmadığını qeyd etmişdi. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, qardaşlar arasında ölümlə nəticələnən mübahisə işıq pulunu ödəmək üstündə yaranıb.

Həmçinin oxuyun: Bəraət alan Elçinin qardaşını öldürmə səbəbi bəlli oldu - Foto

Məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması və cinayət qanununun normasının düzgün tətbiq edilməməsi əsası ilə Baş Prokurorluq həmin hökmdən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti vermişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu