Cəlilabadda sahibsiz itlər üçün sığınacaq tikiləcək
"Cəlilabdda sahibsiz və küçə itləri üçün saxlanc yerlərinin tikilməsi planlaşdırılıb".
Bunu "Report"a Cəlilabad Rayon Baytarlıq İdarəsinin rəisi Vidadi Əliyev bildirib.
İdarə rəisi əlavə edib ki, rayon ərazisində sahibsiz və küçə itlərinə qarşı quduzluğa əleyhinə mütəmadi olaraq vaksin vurulur və peyvəndləmə işləri aparılır.
Məlumat üçün bildirək ki, ötən il ərzində 473 nəfəri it dişləyib. Onlardan faktlardan 203-ü uşaqdır.
Rayon sakinlərinin "Report"un yerli bürosuna verdiyi məlumata görə, rayon mərkəzində bütün küçələrdə sahibsiz itlərə rast gəlmək olur: "Uşaqları tək məktəbə göndərməkdən qorxuruq. Sürü halında gəzən küçə itlərinin birdən 5-6-sı hücum edir".