Sahib Ələkbərov: "Qarabağda çalışan sahibkarlar üçün yeni güzəştlər hazırlanır"


"İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün yeni güzəştlər hazırlanır".


Bunu "Report"un sualını cavablandıran Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, Qarabağ regionu kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşdığına görə bütün ölkə ərazisinə tərbiq edilən güzəştlər bura da aid ediləcək.

S. Ələkbərov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bəzi sosial güzəştlər də nəzərədə tutulur: "Güzəştlər əvvəl vergiyə aid idisə, indi həm də sosial sığortaya da aid olacaq. Həmçinin bəzi güzəştlər subsidiyalarla bağlı ola bilər. Orada çalışacaq sahibkarların hamısına elə bir şərait yaradılmalıdır ki, gələcəkdə orada işləməkdə maraqlı olsunlar".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu