Güman ki, rəqəmsal resurslar vasitəsilə DGK-nın əlində böyük datalar formalaşıb - Osman Gündüz


İT məsələləri üzrə ekspert Osman Gündüz Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin bəzi deputatların qanunsuz sahibkarlıqla məşğul olması ilə bağlı açıqlamasını şərh edib.


AFN xəbər verir ki, ekspert "DGK sədri nəyin əsasında belə ciddi ittiham irəli sürüb?" sualına aydınlıq gətirib. O bildirib ki, Səfər Mehdiyev deputatların xaricdən məhsul gətirib satdığını deyib. "Deputatlar vətəndaşların adından fırıldaqçılıq edirdilər. Bəzi deputatlar çox sayda vətəndaşların adından istifadə edərək, gömrük rüsumu ödəməsindən yayınaraq xaricdən müxtəlif məhsullar gətirərək biznes qurublar" - deyə komitə sədri bildirib. O.Gündüz xatırladır ki, DGK son zamanlar "Smart Customs" və bir çox digər uğurlu rəqəmsal həllər hazırlayıb: "Bu rəqəmsal resurslarda son bir ildə 200-dən çox karqo(kuryer) şirkət, yüz minlərlə vətəndaşımız qeydiyyatdan keçib. Dövriyyə ildə 200 milyonu keçib. Vətəndaşlar bu daşıyıcı şirkətdən istifadə edərək, xaricdən aldığı malları "Smart Customs"da bəyan etməklə daha asan və rahat formada əldə edirlər. Ticarət mərkəzlərindəki bahaçılıq, Türkiyədəki ucuzluq bu prosesi xeyli kütləviləşdirib. Güman etmək olar ki, bu rəqəmsal resurslar vasitəsilə DGK-nın əlində böyük datalar formalaşıb. Onlar bu dataları təhlil etməklə, müqayisələr aparmaqla, bəyan olunan malları müxtəlif parametrlərlə araşdıraraq malların konket bir fiziki şəxsə, yoxsa minlərlə fiziki şəxsi birləşdirən bir şəbəkəyə məxsus olmasını müəyyən edə biliblər.



DGK sədrinin bu cür "limit şəbəkəsi" üzvlərinin sayı ilə bağlı konkret rəqəmlər deməsi onu göstərir ki, gömrüyün İT komandası yaxşı işləyib. Düşünürəm ki, DGK sədrinin əlində ciddi datalar olmasa bu cür açıq-aşkar ittiham etməzdi. Ümumiyyətə, müşahidələrimiz gösrtərir ki, son zamanlar bir çox dövlət qurumları həm qərarlar qəbul etmək üçün, həm də bəziləri kommersiya məqsədilə özlərində formalaşan datalardan effektiv istifadə edirlər".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu