Qənirə Paşayeva batalist rəssam Cəmaləddin Dərbəndli ilə görüşüb


Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, AMEA-nın Tarix İnstitutunun əməkdaşı, batalist rəssam Cəmaləddin Dərbəndli (İsmayılov) ilə görüşüb.


Q.Paşayeva qanlı savaşların, döyüş səhnələrinin olduğu kimi təsvirini tələb edən batal janrının ölkəmizdə inkişafında özünəxas xidmətləri olan rəssamı yeni yaradıcılıq uğurları münasibəti ilə təbrik edib, uğurlar diləyib: “Sizin xalq qəhrəmanlarımızın, tarixi şəxsiyyətlərimizin döyüş zəfərlərini sənətin bənzərsiz gücüylə tərənnümünüz sənət ictimaiyyətimizə bəllidir.

Vaxtı ilə batal janrı Azərbaycan rəssamlığında özünəməxsus yer tutub. Bir çox rəssamlarımız əsərlərində savaş səhnələrini sənətkarlqıla təsvir edib. Çağdaş rəssamlarımızsa bu janra o qədər də çox müraciət etməyib.

Siz Təhsil Nazirliyində baş rəssam kimi çalışmısız, dərslik və bədii kitabların tərtibatı ilə peşəkarlıqla məşğul olmusuz. Azərbaycan Prezidentinin Sərəncamı ilə dünya ədəbiyyatının latın qrafikalı əlifba ilə yenidən nəşr olunmasında, o cümlədən Azərbaycan Dövlət Ensiklopediyasının tərtibatında yaxından iştirak etmisiz.

Siz Heydər Əliyev Fondunun təşkil etdiyi bir çox layihələrdə yaxından iştirak etmisiz.

“Renesans” əsəriniz ictimaiyyət arasında böyük marağa səbəb olub. Siz “Renesans”da bütün dünya incilərini bir araya topla Bəşəriyyətin ən yüksək inkişaf nöqtəsi olan mədəniyyət və incəsənətin intibah dövrünün əsas xüsusiyyəti mədəniyyətin mahiyyətcə kübar xarakter alması və insanı ön plana çıxarmasıdır. Ancaq bugünkü görüşümüz sizin möhtəşəm "Şuşa Zəfəri" və "Malazgirt" əsərlərinizlə bağlıdır. Biz təklif edirik ki, bu əsərləriniz başda olmaqla sizin tematik sərginizi təşkil edək, sənət ictimaiyyətimiz sizin əsərlərlə daha yaxından tanış ola bilsin".

C.Dərbəndli görüş və sərgi təklifi üçün Komitə sədrinə təşəkkür edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu