Rüstəm Muradov Ermənistanın müdafiə naziri ilə görüşdü
Ermənistan Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradovun Bakıdan İrəvana bir erməni hərbçinin meyitini çatdırması faktını təsdiqləyib.
Bu barədə Ermənistan MN-nin mətbuat xidmətinin məlumatında deyilir. Qeyd edilir ki, R.Muradovla yeni müdafiə naziri Suren Papikyanın görüşü olub.
Tərəflər itkin düşmüş əsgərlərin taleyinin aydınlaşdırılması istiqamətində intensiv işi davam etdirmək barədə razılığa gəliblər.(Qafqazinfo)