Ermənistan parlamentində demarkasiya ilə bağlı qapalı dinləmələr başlayıb - YENİLƏNİB


Ermənistan parlamentində “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında təmas xəttində vəziyyət və delimitasiya problemləri” mövzusunda qapalı danışıqlar başlayıb.


Ermənistanın Baş Qərargahının sədrinin müavini Kamo Koçunç və Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Arman Maralçyan görüşdə məruzələrlə çıxış edirlər.

Sözügedən müzakirələrin təşəbbüskarları “Ermənistan” və “Şərəfim var” fraksiyalarıdır.

***

Bu gün Ermənistanda parlamentində Azərbaycanla sərhəddəki vəziyyət və demarkasiya məsələləri ilə bağlı qapalı dinləmələr keçiriləcək.


“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, iclasda Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Kamo Koçunts və Sərhəd Qoşunlarının komandanı Arman Maralçyan da iştirak edəcəklər.

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bildirib ki, deputatların ən azı 20 faizi bu məsələ ətrafında müzakirə aparmağı təklif edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu