Bloqerin həyat yoldaşı döyülərək ölüb? - YENİLƏNİB+FOTO


Ayşən Mirzəyeva daha sonra saytımızla əlaqə saxlayaraq bildirib ki, heç bir döyülmə hadisəsi baş verməyib.


O deyib ki, yoldaşı yatıb, səhər ayılmayıb.

Tanınmış bloqer Ayşən Mirzəyevanın bir həftə öncə nikaha daxil olduğu əri Kamal Namazov vəfat edib. A.Mirzəyeva iddia edib ki, bir neçə gün öncə əri iki nəfər idmançı şəxs tərəfindən döyülüb və ciyərindən xəsarət alıb.


Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, paytaxt sakini 1984-cü il təvəllüdlü Kamal Namazovun yaşadığı evdə ölməsi barədə Nəsimi rayon prokurorluğuna məlumat daxil olub.

K.Namazovun ölümünün səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibb ekspertizası təyin edilib. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu