Türkiyə Gürcüstanla birgə hərbi müəssisənin yaradılmasını müzakirə edir


Türkiyənin “TUSAŞ” şirkətinin nümayəndə heyəti Gürcüstana səfər edib.


“Report”un yerli bürosu xəbər verir ki, şirkətin baş direktoru Temel Kotil və vitse-prezidenti Atilla Doğan Tbilisi Aviasiya Zavoduna baş çəkib.

Nümayəndə heyətini Gürcüstan müdafiə nazirinin müavini Zurab Azaraşvili və müəssisənin direktoru Mixeil Oğlişvili müşayiət ediblər.

Tərəflər Gürcüstan və Türkiyə arasında birgə müəssisənin yaradılması və hərbi-hava sənayesinin inkişafına yönəlmiş gələcək planları müzakirə ediblər.

Qeyd edək ki, Tbilisi Aviasiya Zavodunda hərbi təyyarələr müasir standartalara uyğun bərpa, təmir olunur və modernləşdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu