1 milyarddan çox “Facebook” istifadəçisinin məlumatları satışa çıxarılıb
1,5 milyard “Facebook” istifadəçisinin məlumatları “qara bazar”da satışa çıxarılıb.
AFN-in məlumatına görə, bu barədə xarici KİV məlumat yayıb. Bildirilir ki, hələ sentyabrın 30-da haker saytlarından birinin istifadəçisi “Facebook”un verilənlər bazasına çıxış əldə etdiyini bildirmişdi. Hazırda 1,5 milyard müştərinin məlumatlarından ibarət həmin baza satışa çıxarılıb.
Potensial alıcılardan biri artıq 1 milyon “Facebook” istifadəçisinin məlumatları üçün 5 min dollar təklif edib. Nəşr əlavə edir ki, bu, həcm baxımından “Facebook” istifadəçilərinin ən böyük məlumat sızmasıdır.
“Facebook” tərəfindən məsələ ilə bağlı şərh verilməyib və məlumat təsdiqlənməyib.