Bərdə dəhşət: qardaş qardaşı öldürüb transformatora atdı
Bərdədə qardaş qardaşı bıçaqlayaraq qətlə yetirib.
Hadisə rayonun Hacılı kəndində baş verib. Cinayətkar daha sonra meyiti transformatorun içinə atıb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.(Qafqazinfo)
***
Cinayətkar və mərhumun kimlikləri məlum olub.
Onlar - 1988-ci il təvəllüdlü İnayət Nəzərov və 1984-cü il təvəllüdlü Səxavət Nəzərovdur.
***
Mərhumun qayınatasının iddiasına görə, qardaşlar arasında 1 ilə yaxın idi ki, mübahsiə gedirdi.
Sonuncu dəfə qardaşların mübahisəsi kənd ərazisindəki otlaq sahəsində olub.
İnayət Nəzərov dostu Şəhriyar Məmtiyevlə birllikdə özüdən kiçik qardaşı Səxavət Nəzərovu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetiriblər.
Daha sonra izi itirmək üçün mərhumun cəsədini kənd ərazisində əkin sahələrinin suvarılması üçün nəzərdə tutulan elektrik transformatoruna ataraq toka veriblər.
Hadisədən bir neçə saat sonra yerli sakinlər bundan xəbər tutaraq hüquq mühavizə orqanlarına və mərhumun ailə üzvlərinə xəbər veriblər.
Dərhal hadisə yerinə rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilib.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxslər isə saxlanılaraq istintaqa cəlb olunublar.
Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, mərhum iki uşaq atası idi.